Büdcə
82

Samir Şərifov: “İnfrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var”

Samir Şərifov: “İnfrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var”

“Vergi və gömrük rüsumları yığımlarının təmin olunmasında əsas məsələlərdən biri bizim dövlət əsaslı vəsait qoyuluşu xərclərimizin ahəngdar icra olunmasıdır”.

“Renkinq” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə maliyyə naziri Samir Şərifov deyib.

“Bu il 5,98 milyard manatlıq dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin hələ ki, 37%-i 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, təxminən 1,14 milyard manat kreditnəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir”, - o bildirib.

“Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna - noyabr-dekabr aylarına təsadüf etməsin”, - nazir əlavə edib. 

Bölmədən olan bütün xəbərlər