Büdcə
66

Elman Rüstəmov: "Daxili valyuta bazarında 1 milyard dollardan çox qalıq var"

Elman Rüstəmov:

"Azərbaycan manatını məzənnəsi sabit olaraq qalır".

"Renkinq" xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə deyib.

"Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox qalıq mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.

Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb", - deyə o, qeyd edib.

Bölmədən olan bütün xəbərlər