Büdcə
186

Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarını idarə etməklə 100 milyon dollar qazanıb

Azərbaycan Mərkəzi Bankı bu il valyuta ehtiyatlarını idarə etməklə 100 milyon dollar qazanıb

"Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarını 330 milyon ABŞ dollarından çox artırıb".

"Renkinq" xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə deyib.

"Valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu 6 ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".

Bölmədən olan bütün xəbərlər