Büdcə
73

“Azərsu”yun xalis zərəri 6% azalıb

“Azərsu”yun xalis zərəri 6% azalıb

"Azərsu" ASC 2018-ci ili 480,201 milyon manat zərərlə başa vurub. 

"Renkinq" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 5,5% azdır. 

Ötən il "Azərsu"nun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 176,715 milyon manat, satışlarının maya dəyəri 92,937 milyon manat, inzibati xərcləri 22,989 milyon manat, satış və paylanma xərcləri 76,102 milyon manat, digər əməliyyat xərcləri 492,876 milyon manat, məzənnə fərqindən gəlirləri 5,007 milyon manat, digər gəlirləri 26,3 milyon manat, maliyyə xərcləri 2,25 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,069 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə "Azərsu"yun aktivləri 918,625 milyon manat olub ki, bu da illik müqayisədə 32,3% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 7,4% azalaraq 699,766 milyon manata düşüb, balans kapitalındakı 61,36 milyon manatlıq çatışmazlıq isə 218,849 milyon manat kapitalla əvəz olunub.

Bölmədən olan bütün xəbərlər