Qeyri-bankçılıq
93

“MCB Lizinq”in xalis mənfəəti 20% azalıb

“MCB Lizinq”in xalis mənfəəti 20% azalıb

“MCB Lizinq” QSC 2018-ci ili 505 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 20,35% azdır.

Ötən il “MCB Lizinq”in gəlirləri 1,734 milyon manat, o cümlədən faiz gəlirləri 1,633 milyon manat, qeyri-faiz gəlirləri 101 min manat, xərcləri 1,161 milyon manat, o cümlədən faiz xərcləri 466 min manat, qeyri-faiz xərcləri 695 min manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 94 min manat, mənfəət vergisi ödəmələri isə 162 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “MCB Lizinq”in aktivləri 8,575 milyon manat olub ki, bu da illik müqayisədə 4,1% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 0,8% artaraq 5,167 milyon manata, balans kapitalı isə 0,7% artaraq 3,407 milyon manata çatıb.

"MCB Lizinq" 2009-cu ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 238 675 manatdır. Şirkətin təsisçiləri 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.

"MCB Lizinq" bu ilin aprel ayında bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası onun BOKT lisenziyası almaqla bağlı müraciətini nəzərdən keçirir.

Bölmədən olan bütün xəbərlər