Digər
680
İranda kriptovalyutalardan istifadəyə icazə verilib

Bakı / 29.07.2019 / Renkinq:
İran hökuməti ölkədə kriptovalyutalardan istifadəyə icazə verib.
“Renkinq” bu barədə İran prezidentinin internet səhifəsində istinadən xəbər verir.
Məlumata görə, İranın Nazirlər Şurasının iyulun 27-də Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilmiş iclasında “kriptoqrafik emal məhsullarının istifadəsinə" razılıq verilib. Bununla belə, müvafiq risklər qeyd olunmaqla tədavülünə icazə verilən kriptovalyutalar bank sisteminin zəmanəti altında olmayacaq.
Mənbə: REPORT