Büdcə
338
Azərbaycanda dövlət qeydiyyatına alınan hüquqi şəxslərin sayı 18% artıb

Bakı / 26.07.2019 / Renkinq:
Bu ilin I yarısında Azərbaycanda 7 111 hüquqi şəxs dövlət qeydiyyatına alınıb.
"Renkinq" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
2019-cu ilin yanvar-iyun aylarında qeydiyyatdan keçmiş hüquqi şəxslərin 85,7%-i elektron üsuldan istifadə edib. Bu nisbət 2018-ci ilin yanvar-iyun aylarında 79,6% təşkil edib.