İnvestisiya
184

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları əsas bazar seqmentində yerləşdiriləcək

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazları əsas bazar seqmentində yerləşdiriləcək

Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin iclası keçirilib. 

"Renkinq" BFB-yə istinadən xəbər verir ki, iclasda Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının əsas bazar seqmentində listinqə qəbul olunması qərara alınıb. 

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sözügedən istiqraz emissiyasını iyulun 16-da dövlət qeydiyyatına alıb. Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur. 

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə avqustun 1-də BFB-də yerləşdiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-a qədər təşkil olunacaq. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-yə, eləcə də birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.

İstiqrazların tədavül müddəti 730 gün (31 iyul 2021-ci ilə qədər), illik gəlirliliyi 9,25% olacaq. Faizlər rübdə bir dəfə ödəniləcək. 

Bölmədən olan bütün xəbərlər