Digər
122

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın mənfəəti 2 dəfədən çox azalıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın mənfəəti 2 dəfədən çox azalıb

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2018-ci ili 12,827 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Korporasiyanın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 58% və yaxud 2,4 dəfə azdır.

Ötən il “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın satışdan gəlirləri 108,115 milyon manat, satışının maya dəyəri 73,742 milyon manat, ümumi və inzibati xərcləri 14,139 milyon manat, digər gəlirləri 435 min manat, maliyyə xərcləri isə 7,842 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın aktivləri 1 073,405 milyon manat olub ki, bu da illik müqayisədə 21,8% azdır. Hesabat dövründə Korporasiyanın öhdəlikləri 32,3% azalaraq 657,903 milyon manata düşüb, balans kapitalı isə 3,5% artaraq 414,699 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər