Sığorta
377

Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib

Azərbaycanda sıradan çıxmış təyyarə mühərrikinə görə 5 milyon manat sığorta ödənişi verilib

“İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus yük təyyərəsinin sıradan çıxmış mühərrikinə görə təxminən 5 milyon manat sığorta ödənişi verib.

“Renkinq” xəbər verir ki, ödəniş “İpək Yolu Sığorta” ilə birlikdə “Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-yə verilib.

Belə ki, aviaşirkətə məxsus olan sığortalı “Boeing 747” markalı təyyarə bu ilin əvvəllərində Cəbuni Koreyanın paytaxtı Seulun hava limanına enərkən onun mühərriki zədələnib. Problem həmin aeroportun texniki heyəti tərəfindən aradan qaldırılıb. Bundan sonra sığorta ödənişi ilə bağlı prosedurlar başlayıb və “İpək Yolu Sığorta” təyyarənin təkrar sığortasını üzərinə götürmüş xarici tərəfdaşlarına müraciət edib. Bu ilin may ayından başlayaraq “Silk Vey Vest Aviaşirkəti”nə ödəniş edilməsinə başlanılıb. Mayda təxminən 4,5 milyon manat, iyunda isə təxminən 500 min manat kompensasiya ödənilib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər