İnvestisiya
99

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqraz emissiyasının anderrayteri açıqlanıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqraz emissiyasının anderrayteri açıqlanıb

Qara Dəniz Ticarət və İnkişaf bankının Azərbaycan manatı ilə həyata keçirdiyi istiqraz emissiyasının anderrayteri açıqlanıb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Xatırladaq ki, Palata sözügedən istiqraz emissiyasını iyulun 16-da dövlət qeydiyyatına alıb. Emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 10 min ədəd istiqrazın dövriyyəyə buraxılmasını nəzərdə tutur.

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə gələn ay "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. Onların tədüval müddəti 730 gün, illik gəlirliliyi 9,25% olacaq. Faizlər rübdə bir dəfə ödəniləcək.

Bölmədən olan bütün xəbərlər