Büdcə
208

AZƏRTAC-ın xalis mənfəəti kəskin artıb

AZƏRTAC-ın xalis mənfəəti kəskin artıb

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2018-ci ili 10,328 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 24,5 dəfə çoxdur.

Ötən il AZƏRTAC-ın gəlirləri 11,011 milyon manat, o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri 10,947 milyon manat, birja əməliyyatlarından gəlirləri 64 min manat, xərcləri 7,597 milyon manat, o cümlədən əmək haqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,858 milyon manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 260 min manat, amortizasiya xərcləri 447 min manat, sair əməliyyat xərcləri isə 1,033 milyon manat, kapital ehtiyatları isə 6,914 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə AZƏRTAC-ın aktivləri 9,362 milyon manat olub ki, bu da illik müqayisədə 3,8 dəfə çoxdur. Hesabat dövründə qurumun 11 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 3,8 dəfə artaraq 9,351 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər