Sığorta
199

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 13 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 8-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) isə ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət yanvar-iyunda 5,067 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5,5 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Bakı Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri ötən 6 ayda 135 min manat təşkil edib ki, bu da illik müqayisədə 0,2% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "PAŞA Həyat Sığorta" ASC-dədir. Bu şirkət 6 ay ərzində 30,995 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 63% azalaraq 1 min manata düşüb. 

Bölmədən olan bütün xəbərlər