Sığorta
247

Azərbaycanda 10 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 10 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 11-nin yığımları illik müqayisədə artıb, 10-nun yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin eyni dövründə bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Xalq Sığorta" ASC-dir. Bu şirkət yanvar-ayda 12,681 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,9 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). Bu şirkətin daxilolmaları ötən 6 ayda 36,158 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0,2% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 6 ay ərzində 1 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 89,6% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "Meqa Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 2,8% azalaraq 14,603 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər