Sığorta
159

Azərbaycanda sığorta ödənişlərinin 68%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 68%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 119,102 milyon manat sığorta ödənişinin 80,602 milyon manatı və yaxud 67,7%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (30,995 milyon manat), "PAŞA Sığorta" (25,579 milyon manat), "Atəşgah Sığorta" (10,018 milyon manat), "Atasığorta" (7,153 milyon manat) və "Atəşgah Həyat Sığorta" (6,857 milyon manat) ASC-lərdir.

6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (1 min manat), "Amrah Sığorta" (102 min manat),  "Bakı Sığorta" (135 min manat) və "Rəvan Sığorta" (172 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 410 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 38,09 milyon manat (32%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər