Sığorta
148

Azərbaycanda sığorta haqlarının 75%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 75%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 361,337 milyon manat sığorta haqqının 272,25 milyon manatı və yaxud 75,35%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (109,275 milyon manat), "PAŞA Sığorta" (89,198 milyon manat), "Azərsığorta" (36,158 milyon manat), "Atəşgah Həyat Sığorta" (19,986 milyon manat) və "Atəşgah Sığorta" (17,633 milyon manat) ASC-lərdir.

6 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (197 min manat), "Naxçıvan Sığorta" (229 min manat), "Amrah Sığorta" (290 min manat) və  "Bakı Sığorta" (523 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,239 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,35%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 87,848 milyon manat (24,3%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər