Digər
197

“AzVirt”in xalis mənfəəti 3 dəfədən çox azalıb

“AzVirt”in xalis mənfəəti 3 dəfədən çox azalıb

Azərbaycanın aparıcı tikinti şirkəti “AzVirt” MMC 2018-ci ili 2,784 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki bu, 2017-ci ilə nisbətən 67,5% və yaxud 3,1 dəfə azdır.

Ötən il “AzVirt”in tikinti işlərindən gəlirləri 85,746 milyon manat, işlərinin maya dəyəri 69,347 milyon manat, ümumi və inzibati xərcləri 11,114 milyon manat, ehtimal olunan kreditlər üzrə zərəri 1,034 milyon manat, maliyyə gəlirləri 6 min manat, maliyyə xərcləri 392 min manat, xarici valyuta mübadiləsi üzrə gəlirləri 147 min manat, əmlak, tikinti və avadanlıqların silinməsi üzrə zərəri 442 min manat, digər gəlirləri 585 min manat, digər xərcləri 485 min manat, mənfəət vergisi ödəmələri isə 886 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “AzVirt”in aktivləri 125,007 milyon manat olub ki, bu da illik müqayisədə 21,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 57,8% artaraq 60,178 milyon manata, balans kapitalı isə 0,5% artaraq 64,829 milyon manata çatıb.

“AzVirt” 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir.

Bölmədən olan bütün xəbərlər