Büdcə
178

Dövlət Tərcümə Mərkəzi ötən il 65 min manat mənfəət əldə edib

Dövlət Tərcümə Mərkəzi ötən il 65 min manat mənfəət əldə edib

Dövlət Tərcümə Mərkəzi 2018-ci ili 65 min manat mənfəətlə başa vurub.

“Renkinq” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, ötən il Mərkəzin dövlət büdcəsindən ayırmalar hesabına gəlirləri 1,757 milyon manat, əməliyyat gəlirləri 16 min manat, yenidən qiymətləndirmə üzrə gəlirləri 100 min manat, işçi heyəti üzrə xərcləri 1,059 milyon manat, amortizasiya xərcləri 42 min manat, əməliyyat xərcləri isə 707 min manat təşkil edib.

Bu il yanvarın 1-nə Mərkəz 1,873 milyon manatlıq aktivlərə, həm də balans kapitalına (öhdəlikləri yoxdur) malik olub.

Bölmədən olan bütün xəbərlər