Bankçılıq
213

“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” ASC bu ilin I yarısını 4,713 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 250,371 milyon manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, yanvar-iyun aylarında “Bank VTB Azərbaycan”ın gəlirləri 6,48 milyon manat, o cümlədən faiz gəlirləri 4,174 milyon manat, qeyri-faiz gəlirləri 2,306 milyon manat, xərcləri 10,253 milyon manat, o cümlədən faiz xərcləri 2,64 milyon manat, qeyri-faiz xərcləri 7,613 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 8,486 milyon manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 144,431 milyon manat olub ki, bu da illik müqayisədə 15,4% çoxdur. Bunun 47,068 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23,5% kiçilib.

Hesabat dövründə “Bank VTB Azərbaycan”ın öhdəlikləri 19,8% artaraq 84,058 milyon manata, o cümlədən depozit portfeli 8,8% artaraq 57,102 milyon manata, balans kapitalı isə 9,7% artaraq 60,373 milyon manata çatıb.

 

Bölmədən olan bütün xəbərlər