Bankçılıq
152

“Muğan Bank”ın zərəri 4 dəfə artıb

“Muğan Bank”ın zərəri 4 dəfə artıb

“Muğan Bank” ASC bu ilin I yarısını 9,825 milyon manat zərərlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,5 dəfə çoxdur.

Yanvar-iyun aylarında “Muğan Bank”ın gəlirləri 28,853 milyon manat, o cümlədən faiz gəlirləri 19,09 milyon manat, qeyri-faiz gəlirləri 9,763 milyon manat, xərcləri 26,559 milyon manat, o cümlədən faiz xərcləri 13,002 milyon manat, qeyri-faiz xərcləri 13,557 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 12,119 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə “Muğan Bank”ın aktivləri 587,224 milyon manat olub ki, bu da illik müqayisədə 20,7% çoxdur. Bunun 361,493 milyon manatı müştərilərə verilmiş xalis kreditdir. Son 1 ildə Bankın kredit portfeli 2,4% kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 23,1% artaraq 517,323 milyon manata, o cümlədən depozit portfeli 29,9% artaraq 299,793 milyon manata, balans kapitalı isə 5,5% artaraq 59,901 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər