Bankçılıq
430

“Turan Bank”a yeni səhmdarlar gəlib

“Turan Bank”a yeni səhmdarlar gəlib

“Turan Bank” ASC-nin nizamnamə kapitalının 10 002 008 manat və yaxud 18,2% artırılaraq 55 003 470 manatdan 65 005 478 manata çatdırılması çərçivəsində Banka yeni səhmdarlar cəlb edilib.

“Renkinq” xəbər verir ki, söhbət 2 hüquqi şəxsdən gedir.

Son nəticədə “Turan Bank”ın səhmdarı olan hüquqi şəxslərin sayı 6-dan 8-ə, onların Bankın nizamnamə kapitalındakı payı isə 28,4%-dən 31,94%-ə yüksəlib.

Bununla yanaşı, kapital artımında “Turan Bank”da pay sahibi olan fiziki şəxslər də iştirak edib. Amma proses yekunlaşdıqdan sonra ümumi sayı 21 olan fiziki şəxslərin payı 71,6%-dən 68,06%-ə düşüb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər