Bankçılıq
540

“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku”nun mənfəəti kəskin artıb

“Bank of Baku” ASC bu ilin I yarısını 32,287 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 1,814 milyon manat mənfəətlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ilin yanvar-iyun aylarında “Bank of Baku”nun əməliyyat gəlirləri 24,557 milyon manat, o cümlədən faiz gəlirləri 20,86 milyon manat, qeyri-faiz gəlirləri 3,697 milyon manat, əməliyyat xərcləri 46,61 milyon manat, o cümlədən faiz xərcləri 6,181 milyon manat, qeyri-faiz xərcləri 44,429 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 66,766 milyon manat, gözlənilməz xərcləri 71 min manat, mənfəət vergisi ödəmələri isə 8,356 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə “Bank of Baku”nun aktivləri 291,238 milyon manat olub ki, bu da illik müqayisədə 2,7% azdır. Bunun 172,158 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,7% kiçilib.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 16,1% azalaraq 219,503 milyon manata, o cümlədən depozit portfeli 26% azalaraq 122,851 milyon manata düşüb, balans kapitalı isə 90% artaraq 71,735 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər