Sığorta
166

Azərbaycanda həyat sığortası 25% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

Azərbaycanda həyat sığortası 25% azalıb, qeyri-həyat sığortası isə 5% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 135,39 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 24,9% azdır.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 225,947 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 4,5% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 18,3% azalaraq 41,467 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 13,2% artaraq 77,636 milyon manata çatıb.

Beləliklə, 2019-cu ilin yanvar-iyun aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,6 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 34,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-iyun aylarında müvafiq olaraq 28,2 manat və 31,7 manat olub. 

Bölmədən olan bütün xəbərlər