Sığorta
181

Azərbaycanda könüllü sığorta 16% azalıb, icbari sığorta isə 9% artıb

Azərbaycanda könüllü sığorta 16% azalıb, icbari sığorta isə 9% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 241,793 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 15,7% azdır.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 9,1% artaraq 119,544 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 83,269 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 4,4% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 11,3% artaraq 35,834 milyon manata çatıb.

Beləliklə, 2019-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 34,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-iyun aylarında 30,4 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29,4 manatdan 30 manata qalxıb.

Bölmədən olan bütün xəbərlər