Büdcə
181

Maliyyə Nazirliyi büdcə layihələrini hazırlamaq üçün lazımi göstəriciləri vaxtında əldə edə bilməyib

Maliyyə Nazirliyi büdcə layihələrini hazırlamaq üçün lazımi göstəriciləri vaxtında əldə edə bilməyib

Maliyyə Nazirliyi nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara müraciət edib.

"Renkinq" xəbər verir ki, müraciət nazirin I müavini İlqar Fətizadənin adından ünvanlanıb. 

Müraciətdə bildirilir: 

"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, 2020-ci il və sonrakı 3 il üçün dövlət büdcəsinin göstəricilərinin Maliyyə Nazirliyinə təqvim müddəti iyulun 1-nə qədər müəyyən edilib. 

Bu günə qədər həmin göstəricilərin təqdim edilməməsi 2020-ci ilin dövlət və icmal büdcəsinin layihəsinin, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəicilərinin vaxtında hazırlanmasına mane ola bilər. 

Qeyd olunanları nəzərə alaraq qısa müddət ərzində müvafiq büdcə göstəricilərinə Maliyyə Nazirliyinə təqdim etməyiniz xahiş olunur. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər