Bankçılıq
351

“AGBank”ın zərəri 83% azalıb

“AGBank”ın zərəri 83% azalıb

“AGBank” ASC bu ilin I yarısını 897 min manat zərərlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 82,5% azdır.

Yanvar-iyun aylarında “AGBank”ın əməliyyat gəlirləri 21,867 milyon manat, o cümlədən faiz gəlirləri 6,939 milyon manat, qeyri-faiz gəlirləri 14,928 milyon manat, əməliyyat xərcləri 27,302 milyon manat, o cümlədən faiz xərcləri 10,425 milyon manat, qeyri-faiz xərcləri 16,877 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4,968 milyon manat, gözlənilməz xərcləri isə 432 min manat təşkil edib.

Bu il iyulun 1-nə “AGBank”ın aktivləri 471,62 milyon manat olub ki, bu da illik müqayisədə 3,3% azdır. Bunun 199,632 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,5% kiçilib.

Hesabat dövründə “AGBank”ın öhdəlikləri 5,4% azalaraq 420,369 milyon manat, o cümlədən depozit portfeli 1,9% artaraq 222,833 milyon manat, balans kapitalı isə 18,7% artaraq 51,252 milyon manat, o cümlədən nizamnamə kapitalı 0,4% artaraq 103,8 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər