Qeyri-bankçılıq
303

“Aqrarkredit” BOKT məhkəməyə verilib

“Aqrarkredit” BOKT məhkəməyə verilib

Dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) məhkəməyə verilib.

“Renkinq” xəbər verir ki, iddiaçı fiziki şəxs Samirə Məhəmməd qızı Əjdərzadədir.

Vətəndaş ipoteka üzrə hərracın nəticəsinin ləğv edilməsini istəyir. Cavabdeh qismində “Aqrarkredit”lə yanaşı, “Hidayətoğlu Şirkətlər Qrupu” MMC də çıxış edir.

İlkin instansiya məhkəməsindən keçmiş işə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Elşən Kazımovdur.

Könül Hüseynova

Bölmədən olan bütün xəbərlər