Bankçılıq
616

“Bank BTB” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank BTB” bu ilin I yarısını mənfəətlə başa vurub

“Bank BTB” ASC bu ilin I yarısını 895 min manat mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% azdır.

Yanvar-iyun aylarında “Bank BTB”nin gəlirləri 13,478 milyon manat, o cümlədən faiz gəlirləri 10,59 milyon manat, qeyri-faiz gəlirləri 2,888 milyon manat, xərcləri 12,708 milyon manat, faiz xərcləri 5,721 milyon manat, qeyri-faiz xərcləri 6,987 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 125 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank BTB”nin aktivləri 303,772 milyon manat olub ki, bu da illik müqayisədə 1,4% çoxdur. Bunun 179,152 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,8% böyüyüb.

Hesabat dövründə “Bank BTB”nin öhdəlikləri 1,4% artaraq 247,263 milyon manata, o cümlədən depozit portfeli 9% artaraq 116,622 milyon manata, balans kapitalı isə 1,8% artaraq 56,509 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər