İnvestisiya
209

Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatla istiqraz buraxır

Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan birinin ölkədə ilk dəfə milli valyutada (manatda) istiqrazları emissiya ediləcək.

"Renkinq" bu barədə Palataya istinadən xəbər verir. 

Məlumatda deyilir ki, MBNP iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılması nəzərdə tutulur. 

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək. 

Palatanın bu sahədə yenilikləri davam etdirməsi və yaxın gələcəkdə digər nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının yerli bazarda istiqraz buraxılışları həyata keçirməsi nəzərdə tutulur. 

Bölmədən olan bütün xəbərlər