Büdcə
214

Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 405,5 milyon manat, xərcləri isə 10 951 milyon manat təşkil edib.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,5% və 5,5% çoxdur.

Son nəticədə büdcədə 545,5 milyon manatlıq kəsir yaranıb. Bu, yanvar-may aylarının yekunu ilə müqayisədə 118,7 milyon manat çoxdur. 

Bölmədən olan bütün xəbərlər