Sığorta
158

“İpək Yolu Sığorta”nın mənfəəti 19% azalıb

“İpək Yolu Sığorta”nın mənfəəti 19% azalıb

“İpək Yolu Sığorta” ASC bu ilin I yarısını 1,143 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,45% azdır.

6 ay ərzində “İpək Yolu Sığorta”nın gəlirləri 14,535 milyon manat, xərcləri isə 13,392 milyon manat təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “İpək Yolu Sığorta”nın aktivləri 39,002 milyon manat olub ki, bu da illik müqayisədə 24,5% çoxdur. Son 1 ildə şirkətin öhdəlikləri 64,5% artaraq 15,615 milyon manata, balans kapitalı isə 7,1% artaraq 23,387 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər