Büdcə
148

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi xalis mənfəətini 12 dəfə artırıb

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi xalis mənfəətini 12 dəfə artırıb

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi 2018-ci ili 1,31 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” idarənin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 11,9 dəfə çoxdur.

Ötən il “İçərişəhər”in dövlət büdcəsindən ayırmalar hesabına əsas əməliyyat gəlirləri 10,573 milyon manat, aldığı xidmətlərin və materialların dəyəri 8,813 milyon manat, əmək haqqı xərcləri 4,281 milyon manat, sosial ayırmaları 963 min manat, köhnəlmə və amortizasiya xərcləri 2,778 milyon manat, sair əməliyyat gəlirləri 5,117 milyon manat, sair əməliyyat xərcləri 4,852 milyon manat, fövqəladə gəlirləri 9,058 milyon manat, fövqəladə xərcləri 1,422 milyon manat, mənfəət vergisi ödəmələri isə 328 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “İçərişəhər”in aktivləri 24,306 milyon manat olub ki, bu da illik müqayisədə 89,6% çoxdur. Hesabat dövründə “İçərişəhər”in öhdəlikləri təxminən 33 dəfə artaraq 3,34 milyon manata, balans kapitalı isə 67,1% artaraq 21,272 milyon manata çatıb.

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ölkə prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 

Bölmədən olan bütün xəbərlər