Qeyri-bankçılıq
178

“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb

“İcraçı Kredit Agentliyi” BOKT nizamnamə kapitalını azaldıb

“İcraçı Kredit Agentliyi” (İKA) MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 12 174 manat və yaxud 5,55% azaldaraq 219 450 manatdan 207 276 manata endirib.

“Renkinq” xəbər verir ki, bu barədə BOKT-un İdarə Heyətinin sədri Arif Əliyev məlumat verib.

Onun sözlərinə görə, buna səbəb 2 kredit ittifaqının İKA-dakı payını geri götürməsidir. Söhbət bu ilin əvvəlində lisenziyası ləğv edilmiş  “Şans Kredit İttifaqı” MMC-dən (Xaçmaz rayonu) və fəaliyyətdə olan “Hindarx Kredit İttifaqı” MMC-dən (Ağcabədi rayonu) gedir.

Bununla da, İKA-nın səhmdarı olan kredit ittifaqlarının (hüquqi şəxslərin) sayı 9-dan 7-yə, onların nizamnamə kapitalındakı payı isə 31,1%-dən 27,3%-ə düşüb. Əvəzində BOKT-un səhmdarı olan 11 fiziki şəxsin (işçilərin) payı 68,5%-dən 72,5%-ə çatıb. Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) maliyyə qurumundakı payı isə dəyişməyərək 0,2% qalıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər