Bankçılıq
85

“Bank VTB Azərbaycan” rus dilinin xarici dil kimi tədrisi üzrə təlimə dəstək olub

“Bank VTB Azərbaycan” rus dilinin xarici dil kimi tədrisi üzrə təlimə dəstək olub

Rus yazıçısı Aleksandr Sergeyeviç Puşkinin 220-illik yubileyi çərçivəsində keçirilən təlimdə ölkənin müxtəlif təhsil müəssisələrinin müəllimləri iştirak edib. Kursun təşkilatçıları “Teaching and Learning”in Bakı mərkəzi və “Alfa-Dialoq” Peterburq  əlavə təhsil müəssisəsidir. “Bank VTB Azərbaycan”ın dəstəyi ilə təlim iştirakçılarına beynəlxalq sertifikatlar təqdim edilib.

İyun ayında Bakı Slavyan Universiteti, eləcə də “Teaching and Learning” mərkəzində A.İ.Hertsen adına Rusiya dövlət pedaqoji universitetinin müəllimləri rus dili müəllimlərinin ixtisas artırılması üzrə mühazirə və təlim keçirib. Dərslərin müddəti 120 saat təşkil edib – onlardan 60 saatı əyani, digər hissəsi isə onlayn rejimdə keçirilib.

“Azərbaycanda rus dili millətlərarası ünsiyyət dili hesab olunur. Təhsil müəssisələrində də ona böyük diqqət yetirilir – ölkənin bir çox məktəb və universitetlərində tədris rus dilində aparılır. Məhz buna görə rus dilinin xarici dil kimi tədrisi sahəsində müəllimlərə yüksəkixtisaslı metodoloji dəstək ideyası bu gün çox aktualdır. Təhsilə dəstək “Bank VTB Azərbaycan”ın sosial fəaliyyətində xüsusi yer tutur və biz şadıq ki, belə layihələrdə iştirak etməklə təhsil prosesinə töhfə vermiş oluruq”, – deyə Bankın reklam, marketinq və xüsusi layihələr üzrə şöbə müdiri Nigar Kərimova bildirib.

Bölmədən olan bütün xəbərlər