Bankçılıq
222

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını zərərlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 16,906 milyon manat xalis zərərlə başa vurub. Halbuki, maliyyə qurumu ötən ilin eyni dövründən 1,383 milyon manat mənfəətlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, yanvar-iyun aylarında İran bankının gəlirləri 1,911 milyon manat, o cümlədən faiz gəlirləri 1,38 milyon manat, qeyri-faiz gəlirləri 531 min manat, xərcləri 695 min manat, o cümlədən faiz xərcləri 43 min manat, qeyri-faiz xərcləri 652 min manat, xüsusi ehtiyatlara ayırmaları 18,125 milyon manat, mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 2 min manat təşkil edib.

Bu il iyulun 1-nə İran bankının aktivləri 96,981 milyon manat olub ki, bu da illik müqayisədə 10,3% azdır. Bunun 4,311 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 30,3% böyüyüb.

Hesabat dövründə İran bankının öhdəlikləri 14,4% artaraq 43,35 milyon manata, o cümlədən depozit portfeli 2,3 dəfə artaraq 10,058 milyon manata çatıb, balans kapitalı isə 23,6% azalaraq 53,631 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər