İnvestisiya
181

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda xarici investorların rolu kəskin azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda xarici investorların rolu kəskin azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6131,6 milyon manat vəsait yönəldilib.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,3%-ni təşkil edib. Bu rəqəm 1 il bundan əvvəl 54,3% olub. Başqa sözlə, xarici investorların ölkənin inkişafındakı rolu kəskin azalıb.

Bölmədən olan bütün xəbərlər