Büdcə
144

Azərbaycanda ötən ay qiymətlər 0,5% azalıb

Azərbaycanda ötən ay qiymətlər 0,5% azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 2,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,2% artıb.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, təkcə iyun ayında isə istehlak məhsulları və xidmətlər aprel ayına nisbətən 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb. 

Bölmədən olan bütün xəbərlər