İnvestisiya
153

“Bakı Fond Birjası”nın dövriyyəsi 24% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 24% azalıb

Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 883,618 milyon manat təşkil edib.

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,25% azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 47,7% azalaraq 31 531-ə düşüb.

BFB-nin dövriyyəsinin 74,9%-i və yaxud 6 655,998 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 10,8% çoxdur.

Hesabat dövründə səhm bazarı üzrə əqdlərin dəyəri 98,1% azalaraq 1,286 milyon manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 10,4% artaraq 301,876 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 6,1% azalaraq 437,802 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 69,35% azalaraq 1 486,655 milyon manat olub. 

Bölmədən olan bütün xəbərlər