Bankçılıq
105

Anar Həsənov: “Access Bank” liderliyini qoruyur

Anar Həsənov: “Access Bank” liderliyini qoruyur

“Ölkədə işgüzar aktivliyin bərpa olunması maliyyələşməyə tələbatı artırır, bu isə öz növbəsində müştərilərin kredit iştahasının da artmasına səbəb olur”.

Bunu “Access Bank” QSC-nin İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib.

Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.

Sədrin sözlərinə görə, 53%-lik bazar payı ilə “Access Bank” mikro kreditlərin verilməsində liderliyini qoruyur. Bankın mikro kredit müştərilərinin sayı 55 000 nəfər təşkil edir.

"Bank tərəfindən kreditlərin təxminən 97%-i milli valyutada verilir. Portfelimiz olduqca keyfiyyətlidir və hazırda gecikmə əmsalı 0,2% təşkil edir. Kredit mütəxəssislərimizin məhsuldarlığı devalvasiyadan öncə müşahidə olunan göstəriciləri üstələyib. Hazırda bir əməkdaşımızın orta aylıq məhsuldarlığı 21 mikro kredit təşkil edir, bu isə ay ərzində bank tərəfindən təxminən 6000 mikro kreditin verilməsi deməkdir", - deyə o vurğulayıb.

Cənab Həsənov onu da bildirib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərini əlçatan maliyyə mənbələri ilə təmin etmək məqsədilə “Access Bank” İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edir: "Bank AKİA ilə əməkdaşlığa bu ilin aprel ayından etibarən başlayıb və bu müddət ərzində müştərilərimizə 3 milyon manat məbləğində kredit verilib".  

Bölmədən olan bütün xəbərlər