Bankçılıq
312

Sədr: “Access Bank”ın depozit portfeli tarixi maksimuma yüksəlib”

Sədr: “Access Bank”ın depozit portfeli tarixi maksimuma yüksəlib”

Bu ilin iyun ayının sonuna “Access Bank” QSC-nin depozit portfeli 628 milyon manata çataraq tarixi maksimuma yüksəlib.

Bunu Bankın İdarə Heyətinin sədri Anar Həsənov "AHK Impuls" iştirakçıları qarşısında çıxış edərkən deyib.

Tədbir Almaniya-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən təşkil olunub.

Sədrin sözlərinə görə, son zamanlar bankın depozit portfeli stabil və dinamik artım nümayiş etdirir: "Bu il depozit portfelimiz 120 milyon manat, ötən il isə 72 milyon manat artıb. 2019-cu il ərzində bankın depozit portfeli 24% artım nümayiş etdirib".

Bank rəhbəri onu da bildirib ki, yeni depozitlərin az qala hamısı manatda yerləşdirilib, bu da müştərilərimizin milli valyutaya olan inamının göstəricisidir: "Ümumilikdə, portfelimizdə manatda yerləşdirilən depozitlərin payı 61% təşkil edir".

A.Həsənovun sözlərinə görə, əmanətlərin dövlət tərəfindən sığortalanmasının müddətinin uzadılması ilə bağlı qərar müştərilər tərəfindən depozitlərə marağı artıracaq.

Bölmədən olan bütün xəbərlər