Bankçılıq
85

“Bank Avrasiya”nın mənfəəti 43% azalıb

“Bank Avrasiya”nın mənfəəti 43%  azalıb

“Bank Avrasiya” ASC bu ilin I yarısını 2,634 milyon manat mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 43,3% azdır.

Yanvar-iyun aylarında “Bank Avrasiya”nın əməliyyat gəlirləri 6,524 milyon manat, o cümlədən faiz gəlirləri 5,731 milyon manat, qeyri-faiz gəlirləri 793 min manat, əməliyyat xərcləri 3,634 milyon manat, faiz xərcləri 1,247 milyon manat, qeyri-faiz xərcləri 2,387 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 265 min manat, gözlənilməz gəlirləri isə 8 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 195,897 milyon manat olub ki, bu da illik müqayisədə 15,6% çoxdur. Bunun 75,73 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 1,8% kiçilib.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 22,1% artaraq 129,161 milyon manat, o cümlədən depozit portfeli 12,9% azalaraq 50,218 milyon manat, balans kapitalı isə 4,8% artaraq 66,736 milyon manat olub.

Bölmədən olan bütün xəbərlər