Büdcə
136

“Azneftkimyamaş”ın zərəri 73% azalıb

“Azneftkimyamaş”ın zərəri 73% azalıb

Neft-mədən avadanlıqlarının və onların ehtiyat hissələrinin istehsalı ilə məşğul olan "Azneftkimyamaş" ASC 2018-ci ili 127 min manat xalis zərərlə başa vurub. 

"Renkinq" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 73,2% azdır.

Ötən il "Azneftkimyamaş"ın əsas əməliyyat gəlirləri 18,138 milyon manat, satışının maya dəyəri 12,127 milyon manat, digər əməliyyat gəlirləri 95 min manat, inzibati xərcləri 5,06 milyon manat, digər xərcləri 270 min manat, maliyyə xərcləri 902 min manat təşkil edib. 

Bölmədən olan bütün xəbərlər