Büdcə
53

Əqli Mülkiyyət Agentliyi ötən ili mənfəətlə başa vurub

Əqli Mülkiyyət Agentliyi ötən ili mənfəətlə başa vurub

Əqli Mülkiyyət Agentliyi (COPAT) 2018-ci ili 26 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2017-ci ildən 38 min manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il COPAT-ın gəlirləri 1,436 milyon manat, xərcləri isə 1,41 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə Agentliyin aktivləri 8,66 milyon manat olub ki, bu da illik müqayisədə 4,8 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 13,6% artaraq 611 min manata, balans kapitalı isə 6,3 dəfə artaraq 8,049 milyon manata, o cümlədən nizamnamə kapitalı 5 dəfə artaraq 5 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər