Bankçılıq
135

"Zıraat Bank Azərbaycan"ın xalis mənfəəti 59% artıb

“Zıraat Bank Azərbaycan” ASC bu ilin I yarısını 1,803 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 58,6% çoxdur. 

Yanvar-iyun aylarında “Zıraat Bank Azərbaycan”ın gəlirləri 10,668 milyon manat, o cümlədən faiz gəlirləri 8,983 milyon manat, qeyri-faiz gəlirləri 1,685 milyon manat, xərcləri 6,247 milyon manat, faiz xərcləri 2,281 milyon manat, qeyri-faiz xərcləri 3,966 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 2,575 milyon manat, mənfəət vergisi ödəmələri isə 43 min manat təşkil edib. 

Bu il iyulun 1-nə “Zıraat Bank Azərbaycan”ın aktivləri 194,16 milyon manat olub ki, bu da illik müqayisədə 15,5% azdır. Bunun 117,732 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33% böyüyüb.

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın öhdəlikləri 23,4% azalaraq 124,728 manata, o cümlədən depozit portfeli 30,4% azalaraq 65,658 milyon manata düşüb, balans kapitalı isə 3,5% artaraq 69,432 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər