Bankçılıq
118

“NBC Bank”ın mənfəəti 10 dəfə azalıb

“NBC Bank”ın mənfəəti 10 dəfə azalıb

“NBC Bank” ASC bu ilin I yarısını 185 min manat mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 90,1% və yaxud təxminən 10 dəfə azdır.

Yanvar-iyun aylarında “NBC Bank”ın gəlirləri 10,929 milyon manat, o cümlədən faiz gəlirləri 9,118 milyon manat, qeyri-faiz gəlirləri 1,811 milyon manat, xərcləri 11,351 milyon manat, faiz xərcləri 7,221 milyon manat, qeyri-faiz xərcləri 4,13 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 606 min manat təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “NBC Bank”ın aktivləri 293,711 milyon manat olub ki, bu da illik müqayisədə 22,4% çoxdur. Bunun 213,645 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 15,6% böyüyüb.

Hesabat dövründə “NBC Bank”ın öhdəlikləri 29,8% artaraq 235,378 milyon manata, o cümlədən depozit portfeli 31,1% artaraq 111,783 milyon manata çatıb, balans kapitalı isə 0,5% azalaraq 58,332 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər