Sığorta
155

Azərbaycanda tibbi sığorta üzrə zərərlilik kəskin azalıb

Azərbaycanda tibbi sığorta üzrə zərərlilik kəskin azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda tibbi sığorta üzrə 63,773 milyon manat sığorta haqqı toplanılıb, 22,576 milyon manat sığorta ödənişi həyata keçirilib.

Bu barədə "Renkinq" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Beləliklə, 5 ay ərzində tibbi sığorta üzrə ödəniş / yığım nisbəti 35,4% təşkil edib. Halbuki, ötən ilin eyni dövründə zərərlilik 49,6% olub. Buna səbəb tibbi sığortada yığımların 19,8% artması, ödənişlərin isə 14,4% azalmasıdır.

Bölmədən olan bütün xəbərlər