Büdcə
218

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 28% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 28% artıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 065,161 milyon manat təşkil edib.

“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,4% artaraq 483,958 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 27,8% artaraq 1 424,24 milyon manat, aksizlər üzrə daxilolmalar 81,8% artaraq 136,799 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,7% artaraq 20,164 milyon manat olub.  

Bölmədən olan bütün xəbərlər