Qeyri-bankçılıq
162

"Premier Kredit" BOKT-un xalis mənfəəti 3 dəfə artıb

“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2018-ci ili 35 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci ilə nisbətən 2,9 dəfə çoxdur.

Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 3,871 milyon manat olub ki, bu da illik müqayisədə 9,6% azdır. Bunun 3,568 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ildə BOKT-un kredit portfeli 5,8% kiçilib.

Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 11,5% azalaraq 3,462 milyon manata düşüb, balans kapitalı isə 10,8% artaraq 409 min manat, o cümlədən nizamnamə kapitalı 3,4% artaraq 366 min manata çatıb.

 

Bölmədən olan bütün xəbərlər