Büdcə
204

Dövlət İmtahan Mərkəzi ötən il 4 milyon manatdan çox xalis mənfəət əldə edib

Dövlət İmtahan Mərkəzi ötən il 4 milyon manatdan çox xalis mənfəət əldə edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ili 4,265 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” xəbər verir ki, ötən il qurumun əməliyyat gəlirləri 17,754 milyon, əməliyyat xərcləri 11,594 milyon manat, faiz gəlirləri 71 min manat, faiz xərcləri 1 min manat, inzibati xərcləri 1,552 milyon manat, dəyərsizləşmə zərəri 398 min manat, digər gəlirləri 229 min manat, digər xərcləri 35 min manat, mənfəət vergisi ödəmələri isə 208 min manat təşkil edib.

Bu il yanvarın 1-nə DİM-in aktivləri bu il yanvarın 1-nə 24,699 milyon manat olub ki, bu da illik müqayisədə 42,2% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 20% azalaraq 408 min manata düşüb, balans kapitalı isə 44,1% artaraq 24,291 milyon manata çatıb.

Xatırladaq ki, DİM ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər