Bankçılıq
935

"Express Bank"ın Müşahidə Şurasının sədri dəyişib

"Express Bank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Emin Məmmədov istefa verib. 

"Renkinq" bu barədə Banka istinadən xəbər verir. 

Məlumata görə, onun istefası "Express Bank"ın səhmdarlarının iyunun 15-də keçirilmiş növbədənkənar ümumi yığıncağında qəbul edilib. Elə həmin yığıncaqda MŞ-nın yeni sədri seçilib. Bu vəzifə Bankın səhmlərinin 40%-nə nəzarət edən "Azenco Group" MMC-də MŞ-nın sədri Əhəd Əliyevə həvalə olunub. 

Bölmədən olan bütün xəbərlər